“Səhiyyənin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 7 Aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə “Səhiyyənin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin  (Ombudsmanın) mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzində baş tutan tədbirdə Ombudsmanın köməkçisi Rəşid Talıbov və Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması sahəsində ulu öndər Heydər Əliyevin xidmətləri, eləcə də əhalinin sağlamlığının qorunması, sağlamlıq hüququnun müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və görülən işlərdən danışıblar.

Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova “Səhiyyənin inkişafında ulu öndər Heydər Əliyevin rolu” ilə bağlı çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyev şəxsiyyəti xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yerə sahib olmaqla birlikdə həm də Azərbaycan səhiyyəsinin və tibb elmi sisteminin yaradıcısı və dinamik inkişafının tənzimləyicisi kimi yaddaşlara əbədi həkk olunub.

Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri Faiq Səfərovun, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Elnur İbrahimovun və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçisi Məhsəti Allahyarovanın çıxışları dinlənilib.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: