Ceyhun Cəlilov Naxçıvan televiziyasına müsahibə verib - VİDEO
Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov Naxçıvan televiziyasında yayımlanan "Aktual ekran" verilişində bir sıra suallara aydınlıq gətirib, gələcək planlardan danışıb.
O, Naxçıvanda sosial sahədə həyata keçiləcək proqramları, əhalinin sosial təbəqəsi, o cümlədən şəhid və qazi ailələri üçün görüləcək tədbirləri diqqətə çatdırıb.
Ceyhun Cəlilov əhalinin məşğulluğunun təmin olunması istiqamətində səmərəli fəaliyyətdən, Naxçıvanda yaradılan DOST Mərkəzinin vətəndaşların sosial problemlərinin operativ həlli baxımından əhəmiyyətindən də bəhs edib.
NUHÇIXAN İnformasiya Agentliyi həmin müsahibəni təqdim edir: