Naxçıvanda “Kiçik addımlar” kursu açılıb - VİDEO

A- A A+

Naxçıvanın sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdirilir. Bu məsələdə kiçik biznes sahələrinin fəaliyyətinin təmin olunması da mühüm rol oynayır. Artıq şəffaf sahibkarlıq və rəqabət mühitinin yaradılması ölkəmizin digər bölgələrindən gələn sahibkarların da diyarımıza marağını artırıb.

Son aylarda onlarla kiçik biznes sahələri yaradan belə sahibkarlar sırasında qadınlar da var. Quba rayonundan olan Salatın Babayeva da onlardan biridir. Onun balacaların təlim-tərbiyəsi və əyləncəsi üçün açdığı kurs tam fərqli metodları və etibarlılığı ilə qısa zamanda valideynlərin rəğbətini qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: