Payız və qış aylarında soyuqdəymə və qripp xəstəlikləri artır.
Ekspertlər soyuq fəsillərdə viruslardan qorunmaq üçün ədviyyatlardan daha tez-tez istifadə etməyi tövsiyyə edirlər.
Ədviyyatlar soyuq fəsillərdə bədən temperaturunu tənzimləyir, həzmi və əhvalı yaxşılaşdırır.
NUHÇIXAN zdr.ru-ya istinadla xəbər verir ki, Rusiyalı diyetoloq Lyudmila Babiç qidalara az miqdarda qıtığotu kökünü ("xren") əlavə etməyi tövsiyyə edir.
Soyuqdəymə sezonunda hilin istifadəsi də çox yaxşı kömək edir. Hili çay və ya qəhvəyə əlavə etmək olar. Bu ədviyyat əhvalı yüksəldir, depressiyanın qarşısını alır.