Maqnit qasırğalarının sağlamlığa təsiri

A- A A+

Maqnit qasırğaları Günəşdə baş verən partlayışlar nəticəsində yerin maqnit sahəsində pozuntuların əmələ gəlməsidir. Belə dalğalanmalar rabitə sistemlərinin işinə, eləcə də insan sağlamlığına mənfi təsir göstərir. Aprelin 10-11, 16-18 və 26-28-də maqnit qasırğasının aktivləşəcəyi, aprelin 21-də isə zəif maqnit qasırğası gözlənilir.

Maqnit qasırğası ən çox meteohəssaslığı və xroniki xəstəliyi olanlar, yaşlılar və hamilə qadınlar üçün problem yaradır. Qasırğalar bədəndə qanın laxtalanmasına təsir edir, bu isə ürək tutmalarınn, infarkt və insult riskinin artmasına aparıb çıxarır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-kardioloq Günay Məmmədova bununla əlaqədar olaraq deyib: “Maqnit qasırğası zamanı başda ağrılar, baş gicəllənməsi, ümumi halsızlıq, əllərdə və ayaqlarda zəiflik hissiyyatı, yuxusuzluqdan əziyyətçəkmə halları müşahidə edilə bilər. Zəif intensivlikli maqnit dalğaları insult riskini 7-12 faiz, yüksək təzyiqli elektromaqnit dalğaları isə 41 faizə qədər artıra bilər. Həmçinin arterial təzyiq həddindən artıq yüksək səviyyəyə qalxa bilir”.

Maqnit sahəsinin aktivləşdiyi həmin günlərdə saat 11-dən 19-dək günəşdən qorunmaq, çoxlu maye içmək, yatmazdan əvvəl duş qəbul etmək tövsiyə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: