Naxçıvan Daxili İşlər Nazirliyinə 10 yeni xidməti avtomobil təqdim olunub - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarına daha 10 yeni xidməti avtomobil təqdim olunub.

Son illər ölkəmizdə polis orqanlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Daxili İşlər Nazirliyi sistemində də fəaliyyət keyfiyyətcə yeni mərhələyə yüksəlib. Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də işlər davam etdirilir. Bu işlərin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 10 yeni xidməti avtomobil təqdim olunub.

Qeyd edək ki, Post Patrul Xidmətinin günün tələblərinə uyğun təşkili məqsədilə xidmət əməkdaşlarına verilən “Fiat Doblo” markalı avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir interyerə malik avtomobillərin hər biri ən yeni kamera sistemləri, tetra rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.

Yeni xidməti avtomobillər təyinatı üzrə bölmələrə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: