Aprelin 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 115 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 72, ikinci doza vaksinlərin sayı 13, üç və daha çox doza vaksinlərin sayı 26, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 4-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 957 min 429, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 408 min 896, ikinci mərhələ üzrə 4 milyon 880 min 206, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 299, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 28-dir.