Ceyhun Cəlilov: “Vətəndaşlar sosial sahədə ortaya qoyulmuş yeni yanaşmaları görə biləcəklər” - VİDEO

A- A A+

“İctimai nəzarət sosial sferada qurulmuş fəaliyyət üzərində təmin olunmalıdır. Hər həftənin cümə günü əmək və əhalinin sosial müdafiəsi naziri kimi muxtar respublikanın bütün bölgələrindən olan vətəndaşların qəbulunu həyata keçirirəm. Şəhid ailələri və müharibə zamanı sağlamlığını itirmiş şəxslərin qəbulu növbədənkənar aparılır. Həmçinin nazirliyin vətəndaşlarla qəbul qrafiki formalaşdırılıb. Aprelin 11-də Kəngərlidə rayon sakinlərini qəbul edəcəyəm və bu qəbullar bütün rayonlarda həyata keçiriləcək”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvan televiziyasının efirində yayımlanan “Aktual ekran” verilişində Naxçıvana yeni təyin olunan əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov səsləndirib.

Nazir qeyd edib ki, vətəndaş qəbulu, vətəndaşlarla daimi ünsiyyət, vətəndaşların bu istiqamətdə qarşılaşdıqları hüquq pozuntularının aradan qaldırılması fəaliyyətimiz üçün ən vacib məsələdir: “Nazirliyin qaynar xəttinə daxil olan bütün müraciətlər mənim nəzarətimdə olacaqdır. Hesab edirəm ki, vətəndaşlar yeni ortaya qoyulmuş yanaşmanı görə biləcəklər”.

NUHÇIXAN İnformasiya Agentliyi həmin müsahibədən bir hissəni təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: