Babək Rayon İcra Hakimiyyətinin saytı “GOV.AZ” zonasına köçürülüb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin elektron informasiya resursu yeni “babek-ih.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yenilənmiş internet səhifəsi nazirliyin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb.

Həmçinin saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə ([email protected]) təmin edilib.

Qeyd edək ki, muxtar respublikada digər rayon (şəhər) icra hakimiyyətlərinin də internet səhifələri yenilənməkdədir. Onların da audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi diqqətdə saxlanılacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: