Türkiyəyə yardıma gedən Azərbaycan könüllüləri üçün düşərgə təşkil olunub - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən “Xaricdə ilk humanitar fəaliyyət könüllüləri” üçün düşərgə həyata keçirilib.

Gənclər Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışı ilə fevralın 10-da Türkiyəyə yollanan gənclər “Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq həyata keçirdikləri fəaliyyətlər, Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Həmin tarixdən etibarən Türkiyədə zəlzələdən zərərçəkən əhali üçün səfərbər olan, əraziyə çatdıqları andan etibarən yorulmadan çalışaraq 30 günlük müddət ərzində fəaliyyət göstərən Azərbaycan Könüllüləri arasında “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Ekokönüllülər”, “Böyük Qayıdış” və digər könüllü təşkilatlarının gəncləri də öz yerlərini alıblar. Azərbaycan Könüllülərinin göstərdiyi şücaət, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatının artıq daha geniş imkanlara sahib olduğunu bir daha sübut edir.

Ağır və məsuliyyətli fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gələn Azərbaycan Könüllülərinin şəbəkələşməsi, asudə vaxtlarının səmərəli şəkildə idarə edilməsi, motivasiyalarının yüksək tutulması məqsədilə 3 gün müddətində Mingəçevir şəhərində keçirilən düşərgə ərzində könüllülərimiz üçün bir sıra maraqlı fəaliyyətlər həyata keçirilib.

Aprelin 7-də Bakı Konqres Mərkəzində keçirilən görüş və mükafatlandırılma mərasimindən sonra düşərgə ərazisinə yollanan könüllü heyətinin səmərəli vaxt keçirməsi üçün interaktiv komanda oyunları, əyləncəli rubrikalar, idman yarışları, şəbəkələşmə enercayzerləri təşkil olunub. Eyni zamanda könüllülərimiz üçün Şəki şəhərinin gəzməli–görməli yerlərindən olan – Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansara, Şəki Tarix–Diyarşünaslıq muzeyinə infotur keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: