Vəkillər Kollegiyasının üzvləri növbəti dəfə Naxçıvanda vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri növbəti dəfə Naxçıvan Muxtar Respublikasına gəliblər. Heyət sakinlərin müraciətlərini dinləyib, onlara ödənişsiz hüquqi yardım göstərir.
Qeyd edək ki, ötən ay Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilmiş, ilk ödənişsiz hüquqi yardım aksiyası təşkil olunmuşdu.
Mahmud Hüseynov