Cəzaçəkmə müəssisələrində tibbi aksiya keçirilib - FOTOLAR
Naxçıvan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi həkim briqadası cəzaçəkmə müəssisələrində olaraq bütün məhkumları kompleks müayinə edib.
Onlardan qan analizləri götürülüb, müxtəlif müayinələrdən keçirilərək kardioloji, dəri-zöhrəvi, göz, psixi və digər xəstəlikləri yoxlanılıb.