Şeir müsabiqəsinə yekun vurulub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi "9 noyabr - Dövlət Bayrağı Günü"nə həsr olunmuş şeir müsabiqəsinə yekun vurulub. Müsabiqədə 19 məktəbdən 27 şagird iştirak edib.
Müsabiqənin yekun nəticələrinə görə, daha yaxşı bədii qiraət edən Ordubad şəhər 1№-li tam orta məktəbin IX sinif şagirdi Gülay Ağazadə I, Üstüpükənd tam orta məktəbin VIII sinif şagirdi Vəfa Bayramlı II, şəhər Ordubad şəhər 3 №-li tam ortaməktəbin IX sinif şagirdi Gülnar Əliyeva isə III yerə layiq görülüblər. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri ilə mükafatlandırılıblar.