Naxçıvan Prokurorluğu inzibati xətalar barədə seminar təşkil edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan müvafiq dövlət orqanları əməkdaşlarının iştirakı ilə “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” mövzusunda seminar keçirilib.

Tədbirdə Prokurorluğun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri, inzibati məsuliyyətin əsasları, inzibati xətalar qanunvericiliyinin prinsipləri, inzibati xəta və inzibati məsuliyyət barədə məlumat verib.

Qeyd edib ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İnzibati xətalar qanunvericiliyi insan və vətəndaş hüquq və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir.

Prokurorluğun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri Anar Məmmədov isə inzibati xətalar haqqında məlumat verib.

Sonda mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

                                                                     Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: