Şərurda Bayraq Günü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Şərur şəhərində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. 

YAP Şərur  Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev 1990-cı il noyabrın 17-də milli bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Dövlət Bayrağı kimi qəbul edilməsindən danışıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.

Tədbirdə qeyd olunub ki, bu gün əldə olunan müstəqilliyin qorunmasında və bütün sahələrdə inkişafa nail olunmasında Yeni Azərbaycan Partiyasına üzv olan gənclərin də rolu  böyükdür. Məhz elə bunun nəticəsidir ki, gənclər də bu cür tədbirlərdə yaxından iştirak edir, rayonun ictimai-siyasi həyatında, sosial şəbəkələrdə fəallıq göstərirlər.

Sonra “Arpaçay” instrumental ansamblının ifasında mahnılarsəslənib, məktəblilər bayrağa, müstəqilliyə, dövlətimizə həsr olunan şeirləri bədii qiraət ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərə mükafatlar təqdim olunub.

 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: