Dünən Ermənistan Silahlı Qüvvələri bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan Tağıyev Səbuhi Gündüz oğlu bu gün Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn ediləcək.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov NUHÇIXAN İnformasiya Agentliyinə bildirib ki, şəhidimiz bu dəqiqələrdə Bakıdan Naxçıvana yola salınır.
Şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra günün ikinci yarısında Badamlı qəsəbəsində torpağa tapşırılacaq.
Qeyd edək ki, Səbuhi Tağıyev 1998-ci ildə Şahbuz rayonunun Şada kəndində anadan olub. Ailəsi hazırda Badamlı qəsəbəsində yaşayır.
Allah rəhmət eləsin!