Güclü külək əsəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

A- A A+

Bakıda və Abşeron yarımadasında aprelin 13-də axşam şimal-qərb küləyinin 15-20 m/s, 14-də gün ərzində isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Aprelin 12-si axşam qərb rayonlarından başlayaraq 14-ü gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: