Naxçıvanda yaşayış evini su basıb - VİDEO

A- A A+

Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ərazisində yağış yağması nəticəsində vətəndaşa məxsus fərdi yaşayış evinin zirzəmisinə su dolub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: