Məhdud fiziki imkanlılara səyyari xidmətlər göstərilib - FOTOLAR

A- A A+

Kəngərli və Şərur rayonları ərazisində yaşayan, müxtəlif səbəblərdən Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə gəlmək imkanı olmayan sağlamlıq imkanları məhdud şəxslərə Mərkəzin səyyari xidmətləri göstərilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Xidmət zamanı məhdud fiziki imkanlı şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir olunub.

Eyni zamanda müvafiq kateqoriyadan olan şəxslər texniki və köməkçi reabilitasiya vasitələri ilə təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: