Aprelin birinci dekadasında orta temperatur çoxillik iqlim normasından yüksək olub

A- A A+

Respublikanın əksər bölgələrində aprel ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından əsasən 1-2º yüksək, ötən ilin göstəricilərindən 3-5º az olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 10,2º, Naxçıvanda 12,3º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 12-13º, Şəki-Zaqatala, Lənkəran-Astarada 9-12º, Qubada 8º, Dağlıq Şirvan bölgəsində 8-9º, Gəncədə və Goranboyda 11-13º, Gədəbəydə 7º, Ceyrançöldə və Tovuzda 11-12º qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə -3º, Naxçıvanda -2º, Qubada və Şamaxıda -1º, Qəbələdə və İsmayıllıda 0º, Şəkidə 1º, Zəngilanda və Cəfərxanda 2º, Maştağa, Lənkəran, Tovuz, Ceyrançöldə 3º, Gəncə-Qazaxda 4º, Bərdə-Tərtər və Mərkəzi Aranda 5º, Acınohurda 7º qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: