Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, müvafiq sərəncamla bu vəzifəyə Nəbiyev Pərvin Yunis oğlu təyin edilib.
O, kollektivə təqdim olunub və vəzifələrinin icrasına başlayıb.
Xatırladaq ki, imzalanan müvafiq sərəncamla 2023-cü il fevralın 27-də Ruslan Kəngərli Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini vəzifəsindən azad edilmişdi.