Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 7 541 nikah və 3 014 boşanma halı qeydə alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.