DSX: İrandan Azərbaycana 20 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

A- A A+

Aprelin 13-də saat 23:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini 1982-ci il təvəllüdlü Qurbanov Vüqar Hidayət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı iki bağlamada ümumi çəkisi 20 kiloqram 400 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: