Naxçıvanda “ƏDV geri al” layihəsinin tətbiqi davam etdirilir - VİDEO
Naxçıvan Muxtar Respublikası ərazisində “ƏDV geri al” layihəsinin tətbiqinə 2022-ci ilin dekabr ayından başlanılıb.
Bununla belə bir çox hallarda istifadəçilərin ƏDV-nin hansı hallarda qaytarılması ilə bağlı məlumatsız olduqları müşahidə edilir.
“ƏDV geri al” layihəsinin guya Naxçıvanda dayandırılması barədə bir sıra sosial hesablarda yayılan fikirlər isə yalandır və həqiqəti əks etdirmir.
Naxçıvan televiziyasının əməkdaşları mövzunu araşdırıb, bununla bağlı süjet hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi süjeti təqdim edir