“Nar” Naxçıvanda yenilənmiş mağazasını təqdim edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Təbriz küçəsi 1 ünvanında yerləşən yeni mağazada müştərilərə nömrə satışı, bərpası və dublikatının çıxarılması  xidmətləri göstərilir. Həmçinin burada mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.

Qeyd edək ki, üstün müştəri xidmətilə yanaşı, “Nar” Naxçıvanda ən geniş mobil şəbəkələrdən birinə malikdir. Naxçıvan şəhəri, və bütün rayonlarda abunəçilər yüksək sürətli və kəsintisiz mobil rabitə xidmətlərindən istifadə edə bilirlər.

Üstün rabitə xidmətlərindən daha geniş yararlanmaq, eləcə də ən yeni mobil cihazlar, aksesuar və digər məhsullar əldə etmək istəyənlər “Nar”ın Təbriz küçəsi 1 ünvanında yerləşən yeni mağazasına üz tuta bilərlər.

                                                                      Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: