300 hektardan çox ərazidə yaşıllşadırma işləri görüləcək - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Uzunoba dövlət meşəsinin 12 hektar ərazisində təbii bərpa məqsədilə ağac və kol toxumları əkilib. Əkinlər Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi əkin planına uyğun olaraq aparılıb. Plana əsasən, ümumilikdə payız-qış mövsümündə 300 hektardan çox sahədə yaşıllaşdırma, eyni zamanda yeni meşə massivlərinin, meyvə bağlarının salınması nəzərdə tutulub. Bununla əlaqədar oktyabr ayının 15-dən dağlıq ərazilərdə təbii bərpaya köməklik məqsədilə tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq Uzunoba dövlət meşəsi ərazisində ağac və kolların təbii bərpasına köməklik məqsədilə parkın əməkdaşları tərəfindən yay mövsümü ərzində toplanan yemişan, iydə, sumaq və badamça toxumları əkilib.
Qeyd edək ki, bu üsulla əkilən ağaclar xəstəliyə və quraqlığa davamlı olur.
Sadiq Məmmədov