90 yaşlı Zeynəb nənə öz elindən - Dərələyəzdən danışır - VİDEO

NTV-nin Naxçıvandakı Qərbi azərbaycanlılarla bağlı növbəti reportajı

A- A A+

Zeynəb Abbasova Kəngərli rayonunun Çalxanqala kəndinin ən yaşlı sakinlərindən sayılır. 30 ildən artıqdır ki, Çalxanqala kəndi Qərbi Azərbaycandan gələnlərə qucaq açıb. Amma yurd nisgili, vətən həsrətini ovundurmağa bu dağ kəndinin gözəllikləri də yetərli olmayıb.

Öz doğma yurdundan didərgin düşən Zeynəb nənənin gözləri hey yol çəkər. O yol onu qədim Dərələyəz mahalının Ağkəndinə aparar...

Ömrünün ahıl çağını yaşayan Zeynəb nənə doğma ev-eşiyini tərk edərkən özü ilə bərabər qədim məişət əşyalarını da gətirməyi unutmayıb. 

Naxçıvan televiziyasının əməkdaşları Naxçıvanda yaşayan Qərbi azərbaycanlılarla bağlı növbəti reportaj hazırlayıb. 

NUHÇIXAN İnformasiya Agentliyi reportajı təqdim edir:

 

 

                                                                                 Ruhiyyə Rəsulova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: