NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 23-də Batabat yaylağında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Ramazan Bayramı münasibətilə “Xalq yaradıcılığı” festivalı keçiriləcək.
Saat 11:00-da başlayacaq festivalda Şahbuz rayon mədəniyyət kollektivlərinin musiqi, rəqs və folklor qruplarının ifa və çıxışları təqdim ediləcək. Bayram tədbirində milli mətbəximizə, eləcə də Qərbi Azərbaycana xas müxtəlif təamlar hazırlanaraq təqdim olunacaq.
Həmçinin istedadlı qadınların əl işlərinin sərgi – satışı ilə yanaşı, qonaqlar üçün müxtəlif iaşə xidməti də göstəriləcək.
Şahbuz Rayon İcra Hakimiyyəti yerli sakinləri, turist və qonaqları Ramazan bayramı münasibətilə təbrik edir, hər kəsi xoş anlar üçün Batabata çağırır.