“Naxtel”dən aztəminatlı ailələrə bayram sovqatı - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxtel” şirkəti Ramazan bayramı münasibətilə növbəti sosialyönümlü layihəsini həyata keçirib.
Şirkət əməkdaşları Naxçıvan şəhəri və rayonlarda yaşayan aztəminatlı ailələri ziyarət edib, onları bayram sovqatı ilə sevindirib.
Sosial layihə çərçivəsində baş çəkilən ailələr ərzaq məhsulları ilə təmin edilib.
Xanım Rüstəmzadə