Ordubadda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Orucov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev və AMEA Naxçıvan Bölməsinin filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova çıxış ediblər. Bildirilib ki, 20-ci əsr Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət, müstəqil respublikamızın banisi ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq, dahi strateq kimi xalqımızın əbədi sevgisini qazanıb.

Vurğulanıb ki, xalqımız ümummilli liderin iradəsi ilə tarixinin ən çətin məqamında birləşərək bugünkü müstəqil, suveren, güclü Azərbaycan dövlətinin müstəqilliyini bərpa etdi. Ölkəmiz müstəqilliyin bərpasından sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə tarixinin ən böyük iqtisadi-siyasi və mədəni intibah dövrünə qədəm qoydu. Bu inkişaf və tərəqqi ümummilli liderimizin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də sürətlə davam etdirilir.

Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunan “Dünyaya pəncərə” sənədli filmi izlənilib.

Xosrov İbrahimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: