İrandan Niderlanda yarım ton heroin aparan maşın Naxçıvanda saxlanılıb - YENİLƏNİB - VİDEO

A- A A+

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Xəbərə görə, Culfa dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Niderland Krallığına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: