Muxtar respublikada 394 şagird qış geyimləri ilə təmin edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, sosial qayğıya ehtiyacı olan uşaqlar qış geyimi ilə təmin olunublar.
Bu münasibətlə keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Ramilə Seyidova iştirak ediblər. Qeyd olunub ki, muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Onların sosial reabilitasiyaları, o cümlədən biliklərə yiyələnmələri, cəmiyyətə inteqrasiyaları istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı çərçivəsində tədrisə cəlb edilən aztəminatlı, sağlamlıq imkanları məhdud məktəbli uşaqların qış geyimi ilə də təmin olunması onlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Tədbir muxtar respublikanın rayonlarında da keçirilib. Ümumilikdə muxtar respublikada 394 şagird qış geyimləri ilə təmin edilib. Həmçinin evdə distant təhsil alan şagirdlər də yaddan çıxarılmayıb.
Tədbirlərdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. Sonra məktəblilərə qış geyimləri təqdim olunub.
Sadiq Məmmədov