AMEA-nın Dilçilik İnstitutunda “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub - FOTOLAR

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub.

NUHÇIXAN xəbər verir ki, təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktor müavini, dosent Baba Məhərrəmli, İnstitutun profesoru Sayalı Sadıqova, kitabın müəllifləri və elm xadimləri iştirak ediblər.

Təqdimatı İsa Həbibbəyli açaraq kitabın Azərbaycan dilçiliyi üçün əhəmiyyətindən danışıb.

Dilçilik İnstitutunun direktor müavini, dosent Baba Məhərrəmli bildirib ki, bu il Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanlar imzalayıb: "Bu isə dilimizə dövlət səviyyəsində həssas münasibət olduğunu göstərir. Biz də bu həssas münasibətə cavab verməliyik".

Dilçilik İnstitutunun profesoru Sayalı Sadıqova isə deyib ki, dilçilik elminin sürətli inkişafı, yeni dilçilik sahələrinin yaranması, bu sahələrdə yaranan terminlərin toplanmasına, onların sistemləşdirilməsini və izahlı dilçilik terminləri lüğətinin tərtibini zəruri edir: "Azərbaycan dilinin dilçilik terminologiyasının nizama salınmasına kəskin ehtiyac duyulur".

Qeyd edək ki, lüğəti Dilçilik İnstitutunun əməkdaşları professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova, Şəbnəm Həsənli-Qəribova tərtib edib. Lüğətdə elmi monoqrafiyalarda, tədris işində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: