Şirniyyatlardan imtina edən insanın orqanizmində 7 heyranedici dəyişiklik

A- A A+

Şirniyyatların və şəkərin çoxlu miqdarda istehlakı sağlamlıq üçün çox ziyanlıdır.

Bu səbəbdən mütəxəssislər şirniyyatların qəbulunu minimuma çatdırmağı tövsiyə edirlər. Bu zaman daha faydalı şirniyyatlara üstünlük vermək lazımdır: tünd şokolad, bal, meyvə quruları, halva, təbii zefir və marmelad. Lakin bu şirniyyatların da az miqdarda yemək olar.

Şirniyyatlardan imtina edən insanın orqanizmində bir çox müsbət dəyişikliklər baş verir.

1. Araşdırmalar göstərir ki, şəkər immun sisteminin zəiflədir. Bu səbəbdən şirniyyatlardan imtina etməklə siz immun sisteminizin fəaliyyətini yaxşılaşdıra bilərsiniz.

2. NUHÇIXAN xəbər verir ki, məhz şəkər və şirniyyatların çoxlu miqdarda qəbulu artıq çəki və piylənmənin əsas səbəbidir. Beləliklə, çəkinizi normaya salmaq istəyirsinizsə, ilk növbədə tərkibində şəkər olan məhsullardan imtina edin.

3. Şəkərın çoxlu miqdarda istehlakı beyinin fəaliyyətini pozur, diqqəti azaldır, tədris prosesinə mənfi təsir edir.

Şəkərin qəbulunu azaltmaqla siz elm və tədrisdə daha böyük nailiyyətlər qazana bilərsiniz.

4. Şəkərdən sui-istifadə hüceyrələrin insulinə olan rezistentliyini (həssaslığını) azaldır ki, bu da gələcəkdə şəkərli diabetin inkişafına şərait yaradır.

Beləliklə, şəkərdən imtina etməklə diabetin riskini azaltmaq mümkündür.

5. Şəkərin çoxlu miqdarda istehlakı dərinin vəziyyətinə çox mənfi təsir edir, dərinin qocalmasını sürətləndirir.

Şəkərdən imtina etdikdən bir müddət sonra dərinin vəziyyətinin yaxşılaşmasını hiss edəcəksiniz.

6. Şəkərin həddindən artıq istehlakı xərçəngin və ürək-damar sistemi xəstəliklərinin riskini artırır.

Şəkər orqanizmdə iltihabın səviyyəsini artırır. Bu bütün orqanlara və o cümlədən damarlara aiddir.

İltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır ki, damarlar daralır, kövrək olur, tez partlayır. Bu isə öz növbəsində ürək xəstəlikləri, insult və infarktın riskini xeyli artırır.

Müasir elmdə xərçəngin əsas səbəblərindən biri xroniki iltihab sayılır. Şəkərin həddindən artıq istehlakı  orqanizmdə iltihabın yaranmasına təkan verir.

Beləliklə, şəkərin istehlakından imtina etməklə orqanizmdə iltihabın səviyyəsini və bununla da xərçəng və ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq mümkündür.

7. Şirniyyatlardan sui-istifadə əsəbiliyə, yuxu pozulmalarına səbəb olur.

Şəkərdən imtina etməklə bu problemləri də həll edə bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: