Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə rayonlarda tədbirlər keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa, Kəngərli və Sədərək rayonlarında akademik Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə tədbirlər keçirilib, görkəmli oftalmoloq-alimin xalqımız qarşısındakı mühüm elmi-ictimai fəaliyyətindən söz açılıb.

Tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında məlumat verib, həm ziyalı həkim, həm də əsl Azərbaycan qadını kimi yüksək insani keyfiyyətlərindən bəhs ediblər. Bildiriblər ki, Kəngərli rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım Əliyeva Azərbaycan dövlətinə, xalqına xidmət edən gözəl bir nəslin nümayəndəsi olub. Görkəmli ziyalı sıravi həkimlikdən akademik zirvəsinə ucalıb. Elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan və dünya tibb elmi tarixində xüsusi yer tutur. 

Vurğulanıb ki, Zərifə xanım Əliyeva təkcə görkəmli oftalmoloq-alim deyil, həm də Azərbaycan analarının müqəddəslik rəmzidir. Onun timsalında Azərbaycan qadınının boya-başa çatdırdıqları oğullar Azərbaycanın inkişafında, müstəqilliyinin qorunmasında müstəsna rol oynayır.

Tədbirlərdə məktəblilərin ifasında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş kompozisiya və rəqslər nümayiş olunub,  mahnılar ifa edilib, akademikin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərə baxış olub.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: