Naxçıvanda prokurorluq əməkdaşları tərəfindən qanvermə aksiyası keçirilib - FOTOLAR

A- A A+

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar prokurorluq işçiləri tərəfindən könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Məlumata əsasən, qan köçürülməsinə ehtiyac duyulan vətəndaşlarımıza dəstək olmaq məqsədilə bu gün Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də tabe şəhər və rayon prokurorluqlarında könüllü qanvermə aksiyası keçirilib.

Həmçinin Baş Prokurorluğun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları da bu gün qanvermə aksiyasında iştirak ediblər.

Aksiyada ümumilikdə 280 nəfər prokurorluq əməkdaşı iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: