Bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

A- A A+

Aprelin 28-29-da əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Şərq küləyi aprelin 30-da bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: