Şərurun polis rəisi vəzifəsindən azad edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası DİN-in Şərur Rayon Polis İdarəsinin rəisi işdən azad olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Nəsib İsmayılov Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Başqa bir əmrlə Nəsib İsmayılov Naxçıvan Daxili İşlər Nazirliyində müvafiq vəzifəyə təyin edilib.

Naxçıvan daxili işlər nazirinin digər əmri ilə polis polkovniki Orxan Axundzadə Şərur Rayon Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, O. Axundzadə bundan öncə Bakının Səbail Rayon Polis Şöbəsində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: