Zərif insan ömrü - Naxçıvan televiziyasının filmi - VİDEO
Zərifə xanım Əliyeva Azərbaycan qadınlarının vüqar, iftixar və fərəh səmasında, eləcə də tibb elmimizin zirvəsində parlayan bir əbədiyyət günəşidir.
Bu gün qadın şəfqətini, qayğıkeşliyini nümunəvi təcəssüm etdirən, insanlıq, qadınlıq və ləyaqət rəmzi olan bir insanın - Zərifə xanım Əliyevanın anadan olmasından 100 il ötür.
Naxçıvan televiziyası həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi xatirələrdə yaşayan Zərifə xanım Əliyevaya həsr olunan film hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi filmi təqdim edir: