Naxçıvanda DYP əməkdaşları reydlər keçiriblər - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan DİN-in Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində reydlər keçirilib. Reydlər hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərə qarşı keçirilib.
Reyd zamanı polis əməkdaşları tərəfindən sürücülər arasında maarifləndirmə və təbliğat işləri aparılmaqla yanaşı, qayda pozuntularına yol verənlərə qarşı inzibati tənbeh tədbirləri də görülüb.
Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə bundan sonra da mütəmadi olaraq profilaktiki-maarifləndirici tədbirlər həyata keçiriləcək.