Qızılca ilə bağlı ölkəmizdəki vəziyyət nəzarət altındadır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, qonşu ölkələrdən yoluxma ilə bağlı xəbərlər eşidilir: “Bunun səbəbi bəzi ölkələrdə vaksinə əlçatanlıqla bağlı problemin olmasıdır. Bizdə isə vaksinlə bağlı hansısa problem yaşanmır. Yoluxucu xəstəliklər sərhəd tanımır. Hava-damcı yolu ilə yayılan xəstəliklərin qarşısını almaq isə çox çətindir. Ona görə inkubasiya dövründə özünü yaxşı hiss edən insanlar da xəstəliyi özləri ilə daşıya və başqalarını da yoluxdura bilərlər. Buna görə infeksion xəstəliklər barədə danışmaq və peyvənd olunmağa çağırış etmək üçün xəstəliyin yayılmasını gözləməməliyik".