Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır - VİDEO

A- A A+

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə TƏBİB-dən məlumat verilib.

Xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətləri stabildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: