NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda şairlərlə tələbələrin görüşü keçirilib. Görüşdə iştirak edən İnstitutun rektoru Elbrus İsayev Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən danışıb. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev isə bildirib ki, klassik və müasir ədəbiyyatımızın öyrənilməsi, o cümlədən təbliğində Naxçıvan ədəbi mühiti mühüm rol oynayır. Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin müxtəlif mövzularda yazdıqları şeirlər aktuallığı ilə diqqəti cəlb edir.
Qeyd edilib ki, ədəbiyyatımızın, mədəniyyətimizin vətənimizdən uzaqlarda tanıdılmasında da Naxçıvan ədəbi mühitinin müstəsna xidmətləri var. Sözə, sənətə daha çox dəyər verən şairlərimiz öz şeirlərində vətənimizi layiqincə tərənnüm edirlər. Dövlətimiz sənət adamlarına yüksək diqqət və qayğı göstərir. Şair və yazıçılarımızın Prezident mükafatına, Prezidentin fərdi təqaüdünə layiq görülməsi də buna bariz nümunədir.
Tədbirdə şairlər və yaradıcı tələbələr öz şerilərini oxuyublar.
Sonda onlara hədiyyələr təqdim olunub.
Kəmalə Əliyeva