Goranboyda dolu və sel ciddi fəsadlar törədib - FOTOLAR

A- A A+

Güclü yağış və dolu Goranboy rayonunun bir sıra kənd və qəsəbələrində fəsadlar törədib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, sel sularının daşması nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və təsərrüfatlara ziyan dəyib.

Eyni zamanda çaylarda suyun səviyyəsi yüksəlib.

Hazırda Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası güclü yağış və dolu yağması ilə yaranmış sel nəticəsində vətəndaşlara dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı işlər davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: