Güclü yağış və dolu Tərtər rayonunda fəsadlar törədib - FOTOLAR

A- A A+

Aprelin 30-da axşam saatlarında yağan güclü yağış və dolu Tərtər rayonunda fəsadlar törədib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sel suları nəticəsində rayonun Dəmirçilər, Ağkənd və Həsənqaya kəndlərində evlərə, fərdi təsərrüfatlara, taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəyib.

Bundan başqa rayonun İsmayılbəyli, Qarağacı, Yuxarı Qapanlı, Qaynaq kəndlərinə dolu yağıb. Nəticədə meyvə bağlarına və əkin sahələrinə ziyan dəyib.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən gecə saatlarından təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Hazırda bu sahədə tədbirlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: