Naxçıvan Müəllimlər İnstitutunda Bayraq Günü qeyd olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tələbələrin iştirakı ilə hazırlanan videomateriala baxış olub, gənclərin iştirakı ilə əlamətdar günə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti bayrağının dövlət bayrağı kimi yenidən Naxçıvanda ucaldılması, sonradan isə müstəqil Azərbaycanın rəsmi dövlət rəmzinə çevrilməsi  xalqımızın öz keçmişinə, milli dövlətçilik ənənələrinə olan dərin ehtiramının təzahürüdür.

Qeyd olunub ki, hər bir Azərbaycan gənci kimi bu təhsil ocağında müxtəlif peşələrə yiyələnən tələbələr də qədim tarixini, mədəniyyətini, dövlət rəmzilərini dərindən bilməlidir.

Tədbirin sonunda tələbələrin hazırladığı rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.

 Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: