Naxçıvan Beynəlxalq Hava Limanı qışa hazırdır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümü ilə əlaqədar texnikalara baxış keçirilib. Qış mövsümü ilə əlaqədar olaraq bütün texniki vasitələr qarkürüyən traktorlar, rotorlu sineklər, istilik verən maşınlar və digər texnikalar tam saz vəziyyətə gətirilib. Hava gəmilərinin buzlaşmaya qarşı emal olunması üçün bütün tibbi mayelərin ehtiyatı da yaradılıb.

Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının və nəqliyyat infrastrukturunun  daha da gücləndirilməsi məqsədilə bu yaxınlarda hava limanına əlavə olaraq yeni maşın-mexanizmlər və xidməti avtomobillər də təqdim olunub.

Almaniya istehsalı olan xüsusi təyinatlı qartəmizliyən nəqliyyat vasitələri, buzlaşmaya qarşı maye çiləyici xüsusi texnika və digər mexanizmlər yüksək texniki göstəricilərə malikdir.

Naxçıvan Beynəlxalq Hava limanında yaradılan şərait və mövsümlə əlaqədar həyata keçirilən tədbirlər qış mövsümündə sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək.

                                                                  Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: