Kürdəmirdə mikroavtobus daşla dolu "KamAZ"a çırpılıb, 2 nəfər ölüb, 8 nəfər yaralanıb - FOTOLAR
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.
Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.