“Cahan Holdinq”in kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Cahan Holdinq”in kollektivi ulu öndərimizin anadan olmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev Muzeyini ziyarət edib.

Əvvəlcə holdinqin əməkdaşları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.

Sonra kollektiv görkəmli şəxsiyyətin adını daşıyan muzeyi ziyarət edib. Dahi liderin dövlət idarəçiliyindəki misilsiz xidmətləri, muzeyin yaradılması barədə ətraflı məlumat verilərək bildirilib ki, 1999-cu il 10 may tarixdən fəaliyyət göstərən muzey Ümummilli Liderin sağlığında yaradılan ilk muzeydir və hazırda muzey fondunda 5 mindən çox eksponat mühafizə olunur.

Bildirilib ki, müstəqil Azərbaycanın memarı olan ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirib.

Holdinqin əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olub, dahi rəhbərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.  

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: