Aprelin üçüncü ongünlüyündə orta temperatur çoxillik iqlim normasından yüksək olub

A- A A+

Respublikanın əksər bölgələrində aprel ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması ilə müqayisədə əsasən 3-4º yüksək olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 17,3º, Naxçıvanda 16,7º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 19-20º, Şəki-Zaqatalada 15-18º, Lənkəran-Astarada 17-19º, Gədəbəydə 12º, Quba və Dağlıq Şirvan bölgəsində 15-16º, Gəncədə və Goranboyda 18-20º, Ceyrançöldə və Tovuzda 17º qeydə alınıb.

Havanın minimum temperaturu İsmayıllıda və Gədəbəydə 5º, Qubada, Lənkəranda, Ceyrançöldə və Acınohurda 9º, Cəfərxanda, Şamaxıda, Gəncədə, Tovuzda və Şəki-Zaqatala bölgəsində 10º, Zəngilanda, Maştağada, Bərdədə, Zərdabda 11º təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: